Sovet dovründə Xocavənddə üçrəngli Azərbaycan bayrağına abidə necə qoyuldu? - FOTO
Bu gün Azərbaycanin mənzərəli, məhsuldar torpaqlara malik bölgələrindən biri olan Xocavənd rayonunun işğal etdirilməsindən 27 il ötür.
Düşmən qüvvələrin məkrli hiylə və təxribatları sayəsində ermənilərin nəzarətinə verilən günədək Xocavənddəki Azərbaycan oğul-qizları torpaqları var-gücləri ilə qorumağa çalışıblar.
1988-ci ildən başlayaraq nəinki Xocavənd gəncləri, eyni zamanda həmin dövrdə bu rayonu himayəyə götürmüş Lənkəran rayonundan gələn vətənpərvər oğullar da erməni təcavüzünə qarşı mübarizəyə atılıblar.
Hətta rayon ərazisində Azərbaycanın hələ o zaman çoxlarına bəlli olmayan üçrəngli bayrağına heç bir digər bölgədə görünməmiş bir abidə qurulub.
Həmin abidə ermənilər tərəfindən partladılsa da, onun əvəzinə daha uca bir abidə ucaldılıb.
Moderator.az əməkdaşi həmin abidə haqqında məlumatı Miq.az saytının rəhbəri Aqil Alışovun yaratdığı "Səngər” "Facebook” səhifəsindən əldə edib və abidənin qurulmasında fəal iştirak etmiş Qarabağ qazisi Aslan Quliyevlə əlaqə yaradıb.
Xocavənd rayonunun Muğanlı kəndində həm ermənilər, həm də sovet-rus hərbçiləri üçün gözdağına çevrilmiş bu abidənin qurulması barədə daha geniş məlumatla yaxın müddətdə Moderator.az-da tanış ola bilərsiniz.
Miq.az