Statuslara görə pul veriləcək - "Facebook"dan yenilik

Statuslara görə pul veriləcək -
Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-un rəhbərliyi istifadəçilərə statuslarına görə pul qazanmaq imkanı yaradacaq.

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, Facebook-un texniki xidməti istifadəçilər arasında sortu apararaq statuslara görə pul verilməsi sistemini konkretləşdirməyə çalışıblar. Hələlik üç variant nəzərdən keçirilir: statusa görə pul "mükafat"ı, brendləşdirilmiş kontent və ya Facebook-un reklamlardan əldə etdiyi gəlirlərin bir hissəsi.

Bundan başqa, istifadəçilərə "Hərəkətə çağırış" adlı yeni düymədən istifadə variantı da təklif olunub. Bu düymə ianə toplamaq üçün abunəçilərin və "dostlar"ın sayının artırılmasını nəzərdə tutulur.

Yeniliyin nə zaman reallaşacağı bəlli deyil.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az