Vətəninfo.az xəbər verir ki, Suriyada döyüşən Azərbaycandan olan vəhhabilər daha bir iyrənc və təhqir dolu kampaniyaya start veriblər. Onlar dövlət tərəfindən verilmiş pasportlarını nümayişkəranə şəkildə cırıblar. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, bu dəfə radikal dini cərəyanın nümayəndələri Azərbaycan pasportlarını kütləvi şəkildə cırmağa başlayıblar.
Həmin məlumatda vurğulanır ki, Yəhya əl-Azəri adlı şəxsin profilində yayımlanmış fotoda da Azərbaycan pasportlarının cırıldığı əks olunub. Üstəlik onlar fotonun altından belə bir söz də yazıblar: "Allaha həmd olsun. Tağutun saını təsdiqləyən sənədləri belə cırdıq".
Yəhya əl-Azəri Suriyada döyüşən azərbaycanlı vəhhabilərin komandiri olub və bir müddət əvvəl döyüşlərdən birində öldürülüb. Hazırda isə onun profilini həyat yoldaşının istifadə etdiyi ehtimal olunur. Çünki yazılan statusların bir çoxunda «ərim öldükdən sonra» sözlərinə rast gəlinir.
Qeyd edək ki, vəhhabilərin bu hərəkəti açıq şəkildə Azərbaycana qarşı üsyan deməkdir. Üstəlik, bu həm də Azərbaycana dövlətinə xəbərdarlıq kimi başa düşülür. Belə ki, vəhhabilər bununla Azərbaycan adlı dövlət tanımadıqlarını və zamanı çatdıqda onlara qarşı da döyüşəklərini nümayiş etdirirlər. Burada maraqlı nüans odur ki, vəhhabilər hədəf olaraq, təkcə Azərbaycan dövlətini deyil, eyni zamanda xalqı da hədəfə alırlar. Onların əqidəsinə görə, şiələr kafirdilər və onların malı, canı və namusu vəhabilərə halaldır.
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ