Sürücülərə xəbərdarlıq: Güzəşt yoxdur, 1 aya ödəyin, yoxsa...

Sürücülərə xəbərdarlıq: Güzəşt yoxdur, 1 aya ödəyin, yoxsa...

Aprel ayının 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Təkcə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Miq.Az xəbər verir ki,bunu Teleqraf.com-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

O qeyd edib ki, cərimələrin üzərinə faiz gəlmir: "Cərimələr bir ay müddətində ödənilməlidir. Bütün cərimələrlə bağlı bir ay vaxt verilib. Bu, yol hərəkəti əleyhinə olan inzibati xətalarla bağlı hesab olunmadığına görə üzərinə faiz tətbiq olunmur və bununla bağlı güzəşt də yoxdur. Amma bir ay müddətində ödəbilmədiyi halda, məcburi olaraq icraya yönəldiləcək".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az