Şuşada dini liderlərinin toplantısı keçiriləcək

Şuşada dini liderlərinin toplantısı keçiriləcək

Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək.

Miq.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub:

"Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və görüşləri azad olunan ərazilərdə keçirmək mümkün olacaq. Bununla da Azərbaycan həqiqətlərini, azad olunan ərazilərdəki erməni vandalizmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra biləcəyik".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az