Şuşinski Üçrəngli bayrağı belə tərənnüm edib - Video

Şuşinski Üçrəngli bayrağı belə tərənnüm edib - Video

Tarixçi-alim Elmar Həsənli Azərbaycanın xalq artisti, məşhur xanəndə Xan Şuşinskinin ifa etdiyi "Şuşanın dağları” mahnısı ilə bağlı maraqlı məqamları açıqlayıb.

Kult.az xəbər verir ki, tarixçi-alim X.Şuşinskinin "Şuşanın dağları” mahnısı vasitəsilə Sovet dövründə Azərbaycanın Üçrəngli bayrağını vəsf etdiyini bildirib.

Alim deyib ki, "Şuşanın dağları, başı dumanlı/ Qırmızı koftalı, yaşıl tumanlı...” deyərkən, bayrağımızın rəngləri nəzərdə tutulub.

"Ay qız bu nə qaş-göz, bu nə tel...” sözlərində isə "qaş” deyərkən aypara, "göz" və "tel" deyərkən ulduz və ulduzun 8 guşəsinə (saçaqları) işarə edilib.

Qeyd edək ki, "Şuşanın dağları” xalq mahnısıdır.
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az