Dünya TV-nin efirində
Həftəsonu əməkdaşımız Araz Hacıyev Sumqayıt şəhərində Dünya TV-nin “Tam səmimi” verilişinin qonağı oldu. Verilişdə eyni zamanda respublikanın əməkdar artisti Zakir Əliyev, jurnalist Alim Nəbioğlu da iştirak edirdi. “Tam səmimi” verilişinin aparıcısı, istedadlı aktyor, televiziya sahəsində püxtələşmiş telejurnalist Samir bəy qonaqları tam səmimi qarşılayaraq tamaşaçılara təqdim etdi. Respublika mətbuatının ən dəbli, ən zövqlü yazarı Araz Hacıyev qısqanclıq mövzusu ilə bağlı müzakirəyə qatıldı. Jurnalist Alim Nəbioğlu ilə Araz Hacıyev arasında ziddiyyət yarandı. Müxbirimiz Alim bəyin söylədiyi fikirlərin ziddinə getdi. Veriliş zamanı yaranmış mübahisəni əməkdar artist Zakir Əliyev və aparıcı Samir bəy çətinliklə də olsa aradan qaldırdılar.
Hətta özlərini dəb və zövq mütəxəssisləri sayan insanlardan da güclü biliyə və zövqə malik Araz Hacıyev veriliş boyu qısqanclıqla bağlı məsələlərə aydınlıq gətirdi. Alim Nəbioğlunu söylədiyi fikirlırin əksinə gedərək fikrindən daşınmadı, axıra kimi dediyi sözün üstündə dayandı. Müğənni Zakir Əliyevin ifasında maraqlı mahnılar səsləndi, müğənninin ad günü elə verilişdə qeyd edildi. Aparıcı Samir bəy gələn sms-ləri oxudu. Alin Nəbioğlu Dünya TV-nin prezidenti Ramiz bəyə təşəkkürünü bildirərək bu televiziyanın misilsiz xidmətlərindən danışdı. Sonda maraqlı şəkillər çəkildi, Sumqayıt tamaşaçılarına verilişdə Vətəninfo.az saytı haqqında məlumatlar çatdırıldı. Verilişdə saytım müxbiri Araz Hacıyev tamaşaçılara söz verdi ki, veriliş haqqında mütləq Vətəninfo.az-da yazı oxuculara təqdim olunacaq. Efirdə vəd etdiyimiz yazını saytda sizə təqdim edirik. Həmişə səmimi olun, Samirin “Tam səmimi”si kimi.
Vətəninfo.az