Tamerlan Qarayev bir müddətdir ki, Bakıdadır. Azərbaycanın İndoneziyadakı səfirinın Bakıya tələm-tələsik səfəri barədə özü müxtəlif izahlar vesə də, amma həqiqətdə tamam başqa məqsədlər daynır.
Məlumatlı qanyaqlar lardan “Vətəninfo.az” daxil olan məlumata görə isə Tamerlan Qaryevin Bakıya gəlməsinin pardəarxasında tamam başqa səbəblərin olduğunu deyirlər. Onların bilgisinə görə hədəf 2013-cü ildə keçiriləcək prezident seçkiləridir.
Məsələ ondan ibarətdir ki, müxalifət vahid namizəd məsləsini ciddi şəkildə ortaya qoyub və İP daxilində də əsas fokus Əli Kərimlinin üzərinə yönəlib. Amma İsa Qəmbər oyun qaydalarını pozaraq AXCP ilə əldə olunan şifahi razılaşmanı yerinə yetirmək istəmir. Eyni zamanda Musavat başqanı başqanlıq postunda qalmaq niyyətində deyil. Qurultayın keçirilməməsinin səbəbləri də budur. Məlumata görə, İsa Qəmbər siyasi səhnəıdən həm siyasi, həm də maddi qazancla getməyi düşünür. Ona görə də İP-də razılaşdırmadan, Müsavat partiyasında müzakirə olunmadan prezidentliyə namizəd olacaqğını elan etməs də həmin bu planların tərkib hissəsidir. Məlumatı verən müxalif mənbənin sözlərinə görə, bunun kökündə hakimiyyətlə bazarlıq durur. Amma bu bazarlaşmada "makler"-vasitəçi rolunda isə hakimiyyətin az-cox inandığı eyni münasibətlə də İ.Qəmbərə yaxın şəxs məhz Tamerlan Qarayevdir. Onun da Müsavat başqanı ilə sıcaq münasibətlər qurmasında əsas rol oynayan fiqurlardan biri də Rasim Musabəyovdur. Müsavat Partiyasının sabiq Divan üzvü deputat R.Musayabəyəov Tamerlan Qarayevlə bacanaqdır və onun İsa Qəmbərlə sıx münasibətləri hələ də qalmaqdadır. Müxalif mənbənin sözlərinə görə, Müsavat başqanın bu addımı İP-də təmsil olunan partiyalar tərəfindən ciddi şəkildə qıcıq yaradıb və belə görünür ki, İsa Qəmbər bu dəfə də şəxsi maraqları naminə müxalifətin birliyini və seçkilərdə vahid naməzd məsələsini pozamaq yolunu tutub.
Bizi bilgiləndirən mənbənin sözlərinə görə, artıq İsa Qəmbərlə Tamerlan Qarayev arasında görüş baş tutub və İsa Qəmbər hakimiyyətin ona etdiyi təkliflərlə razılaşıb.
“Vətəninfo.az” olaraq Müsavat Partiyası başqanı isa Qəbərində bu məsləyə münasibətini dərc etməyə hazırıq.
Kənan