Tarixçi alim: "1796-cı ildən Rusiya başımıza faciələr gətirir"

Tarixçi alim:

Dilavər Əzimli
tarixçi alım

Rusiya-Azərbaycan sərhəddində, Dağıstan ərazisində həmvətənlərimizin təhqir olunması bütün millətin təhqir olunması deməkdir. Sabah eyni vəziyyəti başqa ölklərdə də müşahidə edə bilərik. Dövlət öz həmvətənlərinə sahib çıxmalıdır. Bu insanlar neçə aydır ki, orada zülm ayaqlayırlar. Onlara kömək edən yerli əhali də artıq heç nə edə bilmir. O insanların başının üstündən güllələr atıb, yerə çökdürüb, təhqir etdilər. Bu nə vəhşilikdir? 

Azərbaycanda bir Rusiya vətəndaşına bunu etsəydilər, indi bütün aləm bir-birinə dəymişdi. Qəribədir ki, bizim televiziyalar bu məsələdən yan keçməyə çalışdılar. Bu qədər də qorxmaq olarmı? Hətta ARB kanalında bir iqtisadçı elə danışırdı ki, sanki Putinin iqtisadi məsələlər üzrə müşaviridir. Rusiyanın analitikləri ölkənin faciə ilə üzləşdiyini bildirir. Hətta Sankt-Peterbuq deputataı Putini ən böyük diktator adlandırır. Bizim iqtisadçı analitik isə Rusiyanın iqtisadi cəhətədən daha güclü çıxdığını və güclü dövlətə çevrildiyini əsaslandırır. O danışanda elə bildim ki, biz Rusiyanın hansısa əyalətiyik. Bu qədər də abırsızlıq olarmı? 

Bu ölkə bütün faciələrimizin baiskarıdır. Siz bu ölkəyə yalvarmaqla nə əldə edirdsiniz? Sizcə, Paşinyan Putindən icazə almasaydı, Şuşada andiçmə keçirə bilədimi? Yaxud İran Rusiyadan icazə almasaydı, işğalda olan ərazilərimizə körpü sala bilərdimi? Bunları görə-görə yapımışıq bu Rusiyadan əl çəkmirik! Gəlin öləndə də kişi kimi ölək də... 

1796-cı ildən Rusiya başımıza faciələr gətirir!!! Ayılın da...Demirəm, duraq dava edək... Amma bu qədər də yox da...Heç Ermənistan, Gürcüstan Rusiyanı bu qədər tərifləmir. Üzümü həm də döyülən o həmvətənlərimizə tuturam: Mən həmişə Rusiyadan tənqidi məqalə yazanda mənə qarşı etiraz edirdiniz və razılaşmırdınız. İndi başınıza bu təhqirlər gələndən sonra yəqin ki, ayılarsınız...

 SSRİ zamanı özü ayıya bənzəyən, içməkdən başqa bir şey bilməyən bu rusiyalılar hərbidə bizə həmişə "çurban” deyirdilər... Bizim qara milləti daima fəhlə batalyonlarına salırdılar. Yadımdadı, o zaman buna etiraz etdim və mübahisə yaratdım ki, mən fəhlə batalyonunu istəmirəm. Sual verdilər, cavab verdim. Sərhəd xidmətinə göndərdilər. Mənə də ilk gün "çurban” dedilər. O zaman elmi söhbət etdik. Uduzdular mənə... Daha o sözü işlətmədilər. Altı aydan sonra yoxlama oldu. İlk imtahan siyasi məsələyə aid idi... Bir batalyonda tək azərbaycanlı mən idim. Təsəvvür edin ki, ayı boyda olan bu ruslar Karl Marksın anadan olduğu ili və harada anadan olduğunu bilmirdilər. Mənim hesabıma batalyon əlaçı çıxdı. Ondan sonra hörmət edib mənə "politik” deməyə başladılar. O zaman özbəkləri daha çox incidir və onlara birbaşa "çurka” deyirdilər. Düşünürdüm ki, görün Əmir Teymur nəvələrini nə günə qoyublar ki, ruslar onları utanc gətirici işlərə göndərir və onlar da gedirlər. Çox pis olurdum. 

Bunları ona görə yazdım ki, SSRİ zamanında da ruslar milli ayrı-seçkilik aparırdı. Bu gün o döyülən həmvətənlərimiz də bundan dərs almalıdırlar. Burada ən acınacaqlısı ondadır ki, Polad Bülbüloğlu kimi bu millətə yad olan bir adam Rusiyada səfirimizdir. Gördünüzmü səsi çıxmır. Sanki OMON onun həmvətənlərini təhqir etməyibdir. Bizim xarici siyasət idarəmiz də qorxa-qorxa bir münasibət bildirdi. Əslində, onu bildirməsəydi, yaxşıydı!!! Sonda yadıma dahi Cəlil Məmmədquluzadənin sözləri düşdü: "Ay yazıq Vətən!!! Ay biçarə Vətən!!!”

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az