Tarixdə ilk: İsrail prezidenti BƏƏ-yə getdi
İsrail Prezidenti İshaq Hersoq tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) səfərə gedib.
Miq.Az xəbər verir ki, bu barədə prezidentin dəftərxanasından məlumat verilib.
"Prezident Herzoq tarixdə ilk dəfə BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ən-Nəhyanın dəvəti ilə bu səhər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib”, - məlumatda qeyd olunub.
Hersoqun Əbu-Dabi və Dubay şəhərlərində səfərlər edəcəyi, Məhəmməd bin Zayed ən-Nəhyan və baş nazir, Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktumla görüşəcəyi bildirilib.
Miq.Az