Təhsil haqqını ödəyə bilməyən gənc itkin düşüb - Foto

Təhsil haqqını ödəyə bilməyən gənc itkin düşüb - Foto

Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb. Bu barədə "Qafqazinfo”ya  Ə. Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.

O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib:

"Əsədulla Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. Çox tərbiyəli uşaqdır. İndiyədək hər hansı səhv hərəkəti olmayıb.

Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. I  kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər.

Özümüz hazırda Qara Qarayev ərazisində kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf-bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik”.

Qeyd edək ki, Əsədulla Cəfərovu görənlər atası ilə əlaqə saxlaya bilərlər.

Əlaqə telefonu: (050) 461-53-17


 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az