Təhsil Nazirliyi də qalmaqallı şirkəti “sevindirdi”

Təhsil Nazirliyi də qalmaqallı şirkəti “sevindirdi”

Təhsil Nazirliyinin 8 saylı Maliyyə Hesablama Mərkəzi odun yanacağının satın alınması müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, məbləği 289 min 100 manat olan tenderi adı qalmaqallarda hallanan "Sevinc -96” MMC "qazanıb”.

Müsabiqənin şərtlərinə görə, MMC Hesablama Mərkəzinə 4900 m(3) odun satacaq.

Qeyd edək ki, adıçəkilən şirkət 2020-ci ilin noyabrında MMC statusu alıb. 

Şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haciyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsusdur. Qurban Abbasovun şirkətləri davamlı olaraq dövlət satınalmalarında qalib gəlir…



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az