Tələbələrimizin xaricdə təhsil alması üçün geniş imkanlar yaradılıb

Tələbələrimizin xaricdə təhsil alması üçün geniş imkanlar yaradılıb

“Veteninfo.az xəbər verir ki, Kaspi Təhsil Mərkəzinin  əməkdaşı Günel Abdullayeva Şimali Kiprin və Avropanın qabaqcıl universitetlərindən biri olan Doğu Akdeniz Universitinə səfər edib.

Bu barədə Doğu Akdeniz Universitetinin rəsmi təmsilçisi və eyni zamanda Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. Məlumata görə, qonağın səfərinin məqsədi Şimali Kipr Türk Cumhuriyyətinin təhsil sistemi ilə yaxından tanış olmaq və Doğu Akdeniz Universiteti ilə  gələcək iş strategiyasını müzakirə etmək olub. 

“Noyabr ayında Azərbaycanda səfərdə olduğumda Kaspi təhsil Mərkəzində oldum. Mərkəzin fəaliyyəti barəsində rəhbərlik tərəfindən geniş məlumat aldım. Və daha sonra qərara aldıq ki, Kaspi Təhsil Mərkəzinin əməkdaşlarını öz universitetimizə dəvət edək. Hazırda Kaspi Təhsil Mərkəzinin öz nümayəndəsini bizim universitetə göndərməsi əməkdaşlığımızın daha da uğurlu alınmasına bir işarədir” deyə o bildirib. 

Universitetin rəsmi təmsilçisi Orxan Həsənoğlu həmçinin, bu görüşlərin Azərbaycan gənclərinin xaricdə təhsil alması və eyni zaman da hər iki təhsil qurumu üçün faydalı olacağını bildirərək, Kaspi abituriyentlərinin  DAU da ali təhsillərini davam etmələri üçün əlverişli olacağını vurğulayıb. 

Səfər çərçivəsində Kaspi Təhsil Mərkəzinin əməkdaşı, həmin universitetin Beynəlxalq Əlaqlər şöbəsinin prorektoru, professor Məjid Hasemipourun, universitetin Azərbaycan üzrə təmsilçisi Orxan Həsənoğlunun iştirakı ilə Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraqla görüşüb. 

Görüş zamanı rektor öncə DAU ilə bağlı qonağa ətraflı bilgi verib. Bildirilib ki, yüzlərlə azərbaycanlı gəncin hazırda təhsil aldığı Doğu Akdeniz Universiteti tələbələrə Avropa standartlarına uyğun təhsil imkanları yaradır. Universitetdə ABŞ, Kanada, Almaniya, Polşa, Çin, Fransa və digər ölkələrdən dəvət olunmuş professor-müəllim heyəti çalışır. Universitet bir çox beynəlxalq şəbəkələrin üzvüdür və dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. 

Universitetin Beynəlxalq Əlaqlər üzrə prorektoru, professor Məjid Haşemipour da öz növbəsində qonağı salamlayaraq, azərbaycanlı gənclərin  bakalavr, magistr, doktorantura proqramları üzrə türk və ingilis dillərində təhsil aldıqlarını söyləyib. 

Görüşdə DAU-nun Azərbaycanın bir sıra təhsil ocağı ilə rəsmi əməkdaşlıq etdiyini və bu əməkdaşlığın hər iki ölkənin təhsil ocaqlarına faydalı nəticələr gətirdiyi vurğulanıb.

Kaspi Təhsil Mərkəzinin xaricdə təhsil şöbəsinin əməkdaşı Günel Abdullayeva təmsil etdiyi mərkəz barəsində geniş məlumat verərək, gələcək planları barəsində məlumat verib.

DAU ilə qarşılıqlı əməkdaşlıqda mraqlı olduqlarını bildirən Günel Abdullayeva gələcəkdə Kaspi tərəfindən ölkəmizdə hər il keçirilən Beynəlxalq Təhsil Sərgisində DAU-da görmək istədiklərini bildirib.

Görüşdə həmçinin DAU-nun Azərbaycanın bir sıra təhsil ocağı ilə rəsmi əməkdaşlıq etdiyini və bu əməkdaşlığın hər iki ölkənin təhsil ocaqlarına faydalı nəticələr gətirdiyi vurğulanıb.

Görüşün sonunda əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı fəaliyyətin genişləndirilməsi qərara alınıb.

Görüşdən sonra universitetin Jurnalistika fakultəsinin dekanı, professor Süleyman İrvan,  İdarəetmə fakultəsinin dekanı, professor Cema Tanova, Ümumi fənlər və Türk dili fakultəsinin dekanı, professor Rza Bəşirov, Mühəndislik fakultəsinin dekanı, professor Hasan Amca ilə də şəxsən görüşən qonaq fakultələr barəsində geniş məlumat alıb. 

17-20 tarixləri arasında   Doğu Akdeniz Universitetinin dəvəti ilə Şimali Kiprə səfər edən qonaq, universitetin fakültələri, yataqxanaları və digər xidmət obyektlərində olaraq təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az