Moskva şəhər rəhbərliyi paytaxtın Köhnə Moskva dairəsində yerləşən Nikitinski bulvar küçəsində 5 ulduzlu otelin tikintisinə icazə verib.
“Veteninfo.az”ın Avropa.info-ya istinadən verdiyi məlumata görə, tikintini Telman İsmayılovun sahibi olduğu AST Şirkətlər Qrupu aparacaq.
Qeyd edək ki, adıçəkilən ərazidə yaşayan köhnə moskvalılar şəhərin memarlığına zərər gətirəcəyinə görə, Nikitinski bulvarda hündür mərtəbəli binanın tikintisinə imkan vermirdilər. Avropa.info-nun əldə etdiyi məlumata görə, Moskva meriyasının bu binanı tikməsinə icazə verməsinin səbəbi Telman İsmayılovun Kremlin istəyi ilə təsis olunmuş "Milyarderlər İttifaqı"na üzv olmasıdır.Putin höküməti həm də bir vaxtlar arzuolunmaz şəxs elan etdiyi T İsmayılovu daha da özünə bağlamaq istəyir.Son günlər azərbaycanlı iş adamının "Milyarderlər İttifaqı"na məcburən qoşulması haqqında informasiyalar dolaşmaqda idi.
Görünür, Moskva meriyası da şəhər ictimaiyyəti ilə kompromisa gəlib: adı gedən küçədə 6 mərtəbəli 5 ulduzlu otel tikiləcək. Qeyd edək ki,bir neçə il əvvəl rəsmi Kreml Telman İsmayılovu arzuolunmaz şəxs elan etmişdi. İsmayılova məxsus “Çerkizova” bazarı bağlandıqdan sonra onun Moskvadakı digər biznes strukturlarına, eləcə də məşhur “Praqa” restoranına əl qoyulmuşdu.İndi isə Moskva meriyasının Kremlin bir neçə yüz metrliyində İsmayılova tikinti aparmağa icazə verməsinin arxasında "Milyarderlər İttifaqı" faktoru dayanır.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.