Təmas xəttindən götürülən hərbiçimiz dəfn olundu

Təmas xəttindən götürülən hərbiçimiz dəfn olundu
Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri dəfn edilib.

Miq.az  APA-ya istinadən bildirir ki, Baxışov Seymur Qulamhüseyn oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, S. Baxışov aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyidi aprelin 19-da təmas xəttindən götürülüb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az