Tərtər rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

Tərtər rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndəlrindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub. Abidənin tikilməsinin təşəbbüskarı və icraçısı şəhid Zülfüqar Qasımovun qardaşı, ikinci qrup Qarabağ əlili Etibar Qasımov çıxış edərək şəhidlərin qəhrəmanlıqla dolu döyüş yollarından danışıb, Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib.






Sonra şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları tərəfindən abidənin önünə tər gül-çiçək dəstələri düzülüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az