Düşmən təxribatı: Tərtər minatanlardan atəşə tutuldu: Kəndə MƏRMİ düşdü - FOTOLAR

Düşmən təxribatı: Tərtər minatanlardan atəşə tutuldu: Kəndə MƏRMİ düşdü - FOTOLAR

Tərtər rayonunun Qapanlı kəndinə erməni silahlı birləşmələri tərəfindən 60 mm-lik minaatan mərmisi atılıb.

Bunu Miq.az-a açıqlamasında Tərtər rayon sakini, Qarabağ qazisi Zaur Hətəmov deyib: 

 "Düşmən tərəfi taxıl daşıyan "ZİL" markalı yük avtomobili kəndə yaxınlaşan zaman mərmi atıb. Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Qarayev Feyruz Süleyman oğlunun idarə etdiyi "ZİL" markalı maşından  15 metr kənara düşən mərmi nəticəsində xəsarət alan olmayıb".

Faktı Qarağacı kənd icra nümayəndəsi Lətif Həmidov də Azvision.az-a  təsdiqləyərək qeyd edib ki,  hadisə təxminən saat 11:00 radələrində baş verib:

"Hazırda kənddə təsərrüfat işləri dayanıb. İnsanlar arasında təşviş yaşandı. Hərbçilər ərazidədirlər."

Hadisə yerindən Miq.az saytına məlumat verən Zaur Hətəmov onu da bildirdi ki, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün düşmənin atəş nöqtələrinə zərbə endirərək heç olmasa cəbhə məsafəsini uzadılması üçün bir tədbir görsünlər: 

"Düşmənlə təmas xəttində bir neçə yüz metrlikdə yaşayan Tərtərin Qapanlı kəndində, min bir zəhmətlə yetişdirdiyi məhsulu yığıb daşıyarkən artilleriya silahlarından atəşə tutulur. Məhz kəndimizin cəsur, döyüşkən, zəhmətkeş, qorxmaz camaatının şücaəti sayəsində bu hadisələrin yaratdığı təhlükə xof hər dəfə mərdliklə dəf edilir və  həyat tərzi normallaşaraq öz axarına dönür! 3 il olar, 5 il, 10 il olar lap 20 il olar?! 30 ildi bu fədakar əhali mərdliklə buna dözür!
Artıq bu çox oldu! Tələbimiz də ondan ibarətdir ki, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün düşmənin atəş nöqtələrinə zərbə endirərək heç olmasa cəbhə məsafəsini uzadılması üçün bir tədbir görsünlər! 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az