Təyyarə biletləri baha olduğu üçün tələbələr ölkəyə qayıda bilmirlər - Deputat

Təyyarə biletləri baha olduğu üçün tələbələr ölkəyə qayıda bilmirlər - Deputat

Türkiyədə baş verən zəlzələ səbəbindən Vətənə qayıdan tələbələrə dərs vəsaitlərini götürmələrindən ötrü təyyarə biletlərinə müəyyən güzəştlər edilməlidir.

Publika.az xəbər verir ki, Milli Məclisin bugünki iclasında Ceyhun Məmmədov bu təkliflə çıxış edib.

O bildirib ki, bu gün təyyarə biletlərinin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında müəyyən çətinliklər yaşanır: "Buna görə də tələbələrin çoxu qış tətilini Azərbaycanda deyil məhz, təhsil aldıqları ölkədə keçirməli olurlar. Başqa məsələ isə odur ki, Türkiyədə zəlzələ səbəbindən təhsilin distant formada olmasından sonra orada təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi Azərbaycana qayıdıb”.

Deputat vurğulayıb ki, onların kitabları və istifadə etdikləri dərs vəsaitləri orada qalıb: "Amma təyyarə biletləri baha olduğu üçün gedib dərs vəsaitlərini gətirə bilmirlər. Bütün bunlar nəzərə alınaraq, tələbələrə təhsil məqsədilə həm daxili, həm də xarici nəqliyyat vasitələrindən istifadə üçün müəyyən güzəştlərin tətbiqinə baxılmasına ehtiyac var. Dünyada belə təcrübə çoxdur. Türkiyədə də bu təcrübə uğurla tətbiq olunur. Ölkə rəhbərliyinin təhsilə böyük önəm verməsini nəzərə alaraq, müvafiq dövlət qurumları bu sahədə araşdırma aparıb, aidiyyəti qurumlara təkliflərini verməlidir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az