Tovuzda 6 kəndi dolu vurdu

Tovuzda 6 kəndi dolu vurdu
Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır

Qeyri-sabit hava şəraiti Tovuz rayonunda təsərrüfata ziyan vurub. Miq.az xəbər veir ki, bu barədə Trend-ə Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, iyunun 12-də gecə saatlarında rayonun 6 kəndinə dolu düşüb. Hadisə nəticəsində rayonun Əlimərdanlı, Şıx Heybət, Muncuqlu, Qoşa, Pələkli və Çatax kəndlərində kartof sahələrinə ziyan dəyib ki, bunun da məhsuldarlığa təsiri qaçılmazdır. Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır.

İcra Hakimiyyətindən bildiriblər ki, hadisə nəticəsində rayon ərazisindəki evlərə, obyekt və yollara ziddi ziyan dəyməyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az