“Transatlantik” boru kəməri layihəsinin həyata keçirilməsində Azərbaycanın böyük səyləri vardır”

“Transatlantik” boru kəməri layihəsinin həyata keçirilməsində Azərbaycanın böyük səyləri vardır”

“Vətəninfo.az”ın “Azərtac”a istinadən verdiyi xəbərəı görə, bu fikirləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Avropanın təbii qazla təmin edilməsi layihələrinə, o cümlədən “Transatlantik” boru xətti layihəsinə Türkiyə öz dəstəyini verəcəkdir. Bu məsələdə Azərbaycanın böyük səyləri vardır.

Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan albaniyalı həmkarı Sali Berişa ilə Ankarada keçirdiyi mətbuat konfransında bildirmişdir. 

Türkiyənin Albaniyaya öz payı hesabına da təbii qaz verməyə hazır olduğunu diqqətə çatdıran Baş nazir demişdir ki, Yunanıstandan sonra İtaliyaya mavi yanacaq verilməsi gündəmdədir. Türkiyə istəyir ki, bu mərhələdə Albaniyaya da paralel olaraq təbii qaz nəql edilsin. Ankara bunun üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəkdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az