Türk millət vəkilindən şərəfsiz açıqlama

Türk millət vəkilindən şərəfsiz açıqlama

Cem Özdemir: “Türkiyə kökənli olmağım soyqırım abidəsin ziyarət etməyə məcbur elədi”

Vətəninfo.az xəbər verir ki, Almaniya Yaşıllar Partiyasının türk kökənli həmsədri Cem Özdəmir Ermənistana səfəri zamanı erməni mətbuatına bildirib ki, o Türkiyə ilə Ermənistan arasında bir müddət əvvəl imzalanan protokolların hər iki ölkənin parlamenti tərəfindən ratfikasiya edilməməsini iki ölkə arasında mövcud münasibətləri qurmaq üçün fürsəti bada verməsi kimi dəyərləndirir.
”Sərhədlərin açılması dəflərnən müzakirə edildi. Türkiyə Azərbaycanın təyziqləri səbəbindən çox təssüflər olsun atdığı imzanın arxasında durmadı. Beləliklə yaranan situasiyada fürsət əldən verildi. Sərhədlər açılsaydı, iki xalq bir araya gələ bilərdi, bir-birlərini daha yaxından tanıyacaqdılar. Ticarət əlaqələri üçün geniş imkanlar yaranacaqdı. Tələbə mübadiələsi ilə bağlı müxtəlif proqramlar icra oluna bilərdi. Bu Ermənistanla Azərbaycan arasındakı problemdə müsbət təsir göstərmiş olacaqdı. Sərhədlərin açılmasından Azərbaycan hansısa zərər görməyəcəkdi, əksinə tam fayda əldə etmiş olacaqdı”. Sərhədlərin açılması ilə bağlı fikirlərini davam etdirən Özdəmir əlavə edib ki, inşallah bir gün sərhədlər açılar və açılan sərhəddə Hıran Dinqin  adı verilər:“Çünki Hrand ömür boyu  sərhəddin yox olması üçün vuruşmuşdu”.

Erməni jurnalistlərin “Sərhəddin açılması ilə bağlı Ermənistan nə etməlidir”sualının cavabında isə Özdəmir “İki tərəf də şərt qoymamalıdır. Yəni Ermənistan Soyqırımın tanınmasını bir şərt olaraq irəli sürməməlidir. Türkiyə  isə Azərbaycanla –Ermənistan arasındakı Dağlıq Qarabağ  problemini şərt  kimi irəli sürməməlidir. Problemin aradan qalxması üçün hansısa şərtin irəli sürülməsini gözləmək lazım deyil. İrəvanda qondarma erməni soyqırımı abidəsinə çələng də qoyan Özdəmir “Türkiyə kökənli olmağım soyqırım abidəsini ziyarət etməyə məni məcbur elədi”-deyib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az