Türk ordusu hərəkətə keçdi: Generaldan mühüm açıqlama

Türk ordusu hərəkətə keçdi: Generaldan mühüm açıqlama

23 apreldə başlanan "Pence-Şimşək" və "Pence-İldırım" əməliyyatları nəticəsində bu günə qədər 1056 terrorçu məhv edilib.

Miq.Az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

General əlavə edib ki, terrorla mübarizə uğurla davam edir: "Əsgərlərimiz yanvarın 1-dən bu günə qədər 1056 terrorçunu zərərsizləşdirib”.

Akar bildirib ki, terrorçuların Qəndil, Asos, Mahmur, Sincar daxil olmaqla bu ərazilərdən təmizlənməsi məsələsində İraq tərəfi ilə əməkdaşlıq genişləndirilib: "Həm ölkəmizi, həm də iraqlı qardaşlarımızı terror bəlasından xilas etmək təməl məqsəddir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az