Türk ordusuna xain hücum: Bir əsgər şəhid oldu

Türk ordusuna xain hücum: Bir əsgər şəhid oldu

Suriya-Türkiyə sərhədində açılan atəş nəticəsində türk ordusunun bir hərbçisi yaralanıb.

Miq.Az xəbər verir ki, təcili yardımla xəstəxanaya aparılan 29 yaşlı çavuş bütün müdaxilələrə baxmayaraq şəhid olub.

Məlumata görə, Suriya sərhəd xəttində xidmət edən əsgərlər Suriya ərazisindən qeyri-qanuni keçmək istəyən naməlum şəxslərə "Dayan” xəbərdarlığı edib. Bundan sonra açılan atəş nəticəsində ağır yaralanan 29 yaşlı çavuş xəstəxanada şəhid olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az