Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan

Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Türkiyə 2 min km mənzilli raket istehsal edib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısındakı çıxışında deyib.

Ərdoğan Polad Gümbəz layihəsinin davam etdiyini və "Siper Ürün-1” sisteminin silahlanmaya daxil edildiyini bildirib:

"Həm 800 km mənzilli raket ehtiyatımızı gücləndirməyi, həm də 2 min km məzilli raket proqramımızı sürətləndirməyə qərar verdik”.

Qeyd edək ki, Türkiyənin indiyə qədər ən uzun mənzilli raketi "Tayfun”un mənzili 561 km idi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az