Nəhayət!.. Məni çox narahat edən bu məsələyə Türkiyənin ən yüksək səviyyəli şəxsləri də münasibət göstərməyə başladı.. Möhtəşəm Yüzil serialı haqqında ilk dəfə məlumat yayılanda sevinmişdim. Tariximizin önəmli səhifəsi haqqında gerçəkdən də möhtəşəm bir film gözləyirdim.
Veteninfo.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğanın Möhtəşəm Yüzil filminin tənqid etməsini şərh edərkən bildirib. “Amma cəmi 4-5 seriyaya baxa bildim, əsəblərim tarıma çəkilməyə başladı. Türk millətinin tarixinə böyük zərbə vurulurdu bu serialla.. Sultan Süleyman Qanunu kimi böyük bir lider, fateh, şəxsiyyət başı hərəmxana intriqalarından ayılmayan bir insan kimi təqdim olunurdu. Hər seriyaya baxanda "belə olmayıb, Qanuni belə olmayıb" deyə əsəbləşsəm də, etiraz etsəm də əlimdən heç nə gəlmirdi. Sadəcə ona artıq baxmırdım və gənclərlə söhbətdə bu serialın tariximizə əslində bir kölgə salmaq niyyəti daşıdığını söyləyirdim”,-deyə millət vəkili qeyd edib.
Millət vəkili İnşaAllah Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bu sərt açıqlamasının bu biabırçılığa son qoyacağına söylədi:”Serialın rejissorlarını, eləcə də serialın yayımlandığı kanal sahiblərini tənqid edən baş nazirin bu məsələdə fikirləri ilə tam razıyam. Bəli: “Bizim “Muhteşem Yüzyıl”dakı kimi əcdadımız yoxdur. Biz elə bir Qanuni tanımamışıq. Biz elə bir Sultan Süleyman tanımamışıq. Onun ömrünün 30 ili at belində keçib. Sarayda hər şey serialda gördüyünüz kimi keçməyib. Bunu yaxşı bilib anlamağınız lazımdır. Mən o serialın rejissorlarını, o televiziyannı sahiblərini də millətimizin hüzurunda qınayıram. Və bu məsələdə də aidiyyatı orqanları xəbərdar etməyimizə baxmayarq məhkəmənin də lazımi qərarı verməyini gözləyirəm”- Baş nazir deyib. Biz də inşaAllah deyirik və tariximizi bu şəkildə təqdim edənləri biz də qınayırıq. Əslində bu qınağa hamımızın qoşulması lazımdır...”.
Elnur Eltürk