Türkiyə ilə Ermənistan arasındakı yollar təmir olunur – Çavuşoğlu

Türkiyə ilə Ermənistan arasındakı yollar təmir olunur – Çavuşoğlu
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankarada görüşü keçirilib.
Bakupost.az xəbər verir ki, rəsmi görüşdə türkiyəli nazir bir sıra açıqlamalar verib.
Çavuşoğlu ilə Mirzoyan İrəvan və Bakı arasında sülh danışıqlarının hazırkı durumu barədə müzakirələr edib.
"Həmkarım mənə sülh razılaşması ilə bağlı gedişat barədə son informasiyanı çatdırdı. Əgər biz 3 ölkə qəti addımlar atsaq, bu Cənubi Qafqazda sülh və çiçəklənmə yolunda böyük rol oynayacaq. Hazırda Ermənistanla Türkiyə arasında yollar və körpülər açılışa hazırlanır, təmir və bərpa olunur” – deyə türkiyəli nazir bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az