Türkiyə şirkətindən Rusiyada böyük uğur

Türkiyə şirkətindən Rusiyada böyük uğur
Rusiyanın ən böyük aeroportunun yeni terminalının inşası ilə bağlı elan edilən tenderin qalibi bəlli olub.
Miq.az Axar.az-a istinadən xəbər verir ki, tenderdə Türkiyənin "Renessans" şirkəti qalib gəlib. 
 Türk şirkəti Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanında yeni B terminalının inşasını həyata keçirəcək.
 Hava limanından verilən açıqlamada 107 min kvadrat metrlik sahədə B terminalının inşasının təxminən 630 milyon dollara başa gələcəyi bildirilib.
 Qeyd edək ki, "Renessans" şirkəti 20 ildən artıqdır Rusiyada fəaliyyət göstərir. Şirkətin 2014-cü ildə dövriyyəsi 64 milyard rubl (təxminən 15 milyard manat) təşkil edib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az