Türkiyə Xəzərə çatdı, Turan yaranır: qəbuledilməzdir – Rus ekspert

Türkiyə Xəzərə çatdı, Turan yaranır: qəbuledilməzdir – Rus ekspert

Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratması qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib.

"Rusiyada bir çox insan bütün bunları başa düşmür”, - o bildirib.

Aleksandrov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb:

"Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.

O, həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaların əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az