Türkiyədə sürətli bahalaşma başladı

Türkiyədə sürətli bahalaşma başladı

Qardaş Türkiyədə ərzaq və geyim malları da daxil olmaqla, bütün sahələrdə sürətli bahalaşma başlayıb.

Bu barədə Yenipress.az-a qardaş ölkədə yaşayan azərbaycanlılar məlumat verib.

Bildirilib ki, son 3 gündə ərzaq, geyim və xidmət sahələrində qiymət artımı artıq 20 faizə çatır. Bahalaşmanın hər gün baş verdiyi, eyni malın bir gün ərzində 7-8 faiz bahalaşması müşahidə olunur.

Soydaşlarımız bildirir ki, bahalaşmaya səbəb minimum əmək haqqının kəskin artırılması barədə Türkiyə hökumətinin qərarıdır. Belə ki, 2023-cü ilin yanvarından başlayaraq, Türkiyədə minimum əmək haqqı 5500 lirədən 8500 lirəyə qaldırılıb. Qərarın elan olunması ilə artıq indidən bütün məhsullara "zam” gəlməyə başlayıb.

Məlumata görə, ümumilikdə qiymətlər son 3 ayda iki dəfəyə yaxın qalxıb.

Dalğalanmanın nə qədər davam edəcəyini heç kəs bilmir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az