Türkiyəni kim yandırır?.. – “İzlər ora aparır, şübhə var ki...”

Türkiyəni kim yandırır?.. – “İzlər ora aparır, şübhə var ki...”

Türkiyənin ayrı-ayrı bölgələrində eyni vaxtda başlayan yanğınlar terror şübhəsini gücləndirməyə başlayıb.

Miq.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Poladlı rayonunda ərazini yandırarkən saxlanılan şəxs cinayət başında tutulduqdan sonra ev həbsinə alınıb.

Məlumata görə, dünən axşam saatlarında Ankaranın Poladlı rayonundakı Artilleriya və Raket Məktəbinin meşə sahələrində yanğın baş verib. İddiaya görə, 28 yaşlı Kamal Ünal Y. əraziyə yaxınlaşaraq sahədəki otlara od vurub. Mühafizə məntəqəsindəki əsgər təxribat cəhdini dərhal görüb.

Şübhəlinin dosyesində işlədiyi bir çox cinayətin olduğu, eləcə də sosial şəbəkələrdə PKK terror təşkilatı ilə əlaqədar videolar paylaşdığı bildirlib.

Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar Türkiyənin bir çox bölgəsində eyni vaxtda başlayan meşə yanğınlarında terror təşkilatının rol oynadığını düşünür.

O, yanğın olayalarında PKK-nın izlərinin də görünməyə başladığını deyib:

"Bu bəşəri cinayətdir. İşin içində PKK izi görünməyə başlayıb. Vaxtilə "Alovun uşaqları” adlandırılan təşkilatın qatilləri də Türkiyədə meşələri yandırmışdılar. Eyni vaxtda ayrı-ayrı bölgələrdə başlayan yanğınların arxasında terror təşkilatının olduğunu düşünürəm. Şübhələr bu məsələnin üstünə fokuslanıb. Məqsəd cəmiyyətdə narahatlıq, xaos, qeyri-müəyyənlik və qorxu yaratmaqdır. Bununla həm də cəmiyyətə "mən varam” mesajı ötürülür”.

Ağara görə, hadisələrin baş verdiyi zaman da diqqət çəkir: "Türkiyəni ümidləndirən layihələndirən açıqlandığı, Qara dənizdə təbii qazın yandırıldığı bir gündə bu olayların baş verməsi diqqət çəkir”.

Türkiyə ədliyyə naziri Əbdülhəmid Gül jurnalistlərə verdiyi açıqlamada olayların araşdırıldığını bildirib: "Yanğınların mənbəyi və səbəbi Baş Prokurorluq tərəfindən hər cəhətdən araşdırılır. Bütün ehtimallar diqqətdə saxlanılır və bütün əlaqədar qurumlar tərəfindən lazımi addımlar atılır”.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məsuliyyət daşıyan şəxslərin bu hücuma görə ən qısa zamanda cavab verəcəyini söyləyib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az