“Türkiyənin xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq” - Ermənistan XİN-in sözçüsü

“Türkiyənin xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq” - Ermənistan XİN-in sözçüsü

"Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır”.
 
Modern.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan deyib.
 
"Hökumətin proqramında da bu barədə məsələ öz əksini tapıb. Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq.
 
Qeyd edək ki, Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasındakı münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az