Azərbaycandan Türkiyəyə elektrik həmləsi
31 Mart günü Türkiyə ərazisində baş verən elektirik enerjisinin kəsilməsindən sonra, yeni elektirik enerjisi qaynaqları əldə etmək üçün Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov 4 ölkənin enerji nazirlərinin arasında birgə əlaqələndirici lahiyənin yaranacağın bildirib.
Bütün ölkənin qaranlıqta qaldığı 31 Martdabaş verən elektrik nasazlığı türkiyə tarixinə “qaranlıq gün” kimi həkk olunurkən, yeni enerji qaynağı arayışları gündəmə gəlib. Türkiyəyə ən ucuz mavi qazi verən tək ölkə olan Azərbaycandan bu dəfə də elektirik verilməsi ilə bağlı addım atıb.
Vətəninfo.az Rotahaber.com-a istinadən xəbər verir ki, ölkə prezidentinin köməkçisi Əli Həsənov təməl prinsiplər formalaşdığı halında Azərbaycanın Türkiyəyə elektirik enerjisi verməyə hazır olduğunu bildirib.
Əli Həsənov Türkiyə Qəzetçilər Federasiyasının ətşkilatçılığı ilə Bakıda səfərdə olan türk jurnalistləri qəbul etdiyi zaman bildirib ki, Azərbaycanın hazırda əldə etdiyi elektrik enerjisi ilə bağlı uğurları qeyd edib. Əli Həsənov Türkiyəyə ən ucuz mavi qaz satdığını qeyd edib və əlavə edib ki.tranzit qimətləri çıxıldıqda, Türkiyəyə verilən mavi qazın daxildə əhaliyə satdığı qazin qiyməti ilə eyni olduğunu vurğulayıb. Türkiyədə 31 martda baş verən elektrik enerjisi ilə bağlı kəsintilərlə bağlı sualın cavabında isə Əli Həsənov bunları bildirib:
“Azərbaycan təbii qaynaqlar baxımından zəngin bir ölkədi.Bakı-Tiflis-Ceyhan neft boru xətti ilə iki ölkə bir böyük mənada qədər birliyində oldu.Ötən həftələrdə TANAP lahiyyəsi üçün böyük bir addım atıldı.Bu iki ölkə arasında mavi qaz və neft məsələsində Azərbaycan tərəfin Türkiyəyə verdiyi dəyər açıq şəkildə ortadadır. Bu addımların bir bənzərinin elektirik enerjisi sahəsində də atılması üçün Türkiyə, Azərbaycan,gürcüstan və İran enerji nazirlərini arasında bir araşdırma prosesi aparılır.Rusiyanın da Şimali Qafqaz bölgəsinin elektirik enerjisinə olan ehtiyacını bu yarana biləcək ortaq mərkəzdən qarşılanması istiqamətində də bir tələb mövcuddur. Hesab edirik ki, bu araşdırmaları sürətləndirmək və nəticəyə nail olmaq imkanlarımız vardır”.
Türkiyədə elektirik enerjisi ilə bağlı yaranan problem haqqında geniş bilgiyə sahib olmadığını qeyd edən Əli Həsənov əlavə edib ki, razılıq veriləcəyi təqdirdə bu lahiyənin qıssa müddətdə həyata keçə biləcəyini də vurğulayıb.
Vətəninfo.az