Turqut Özalın qardaşı Korkut Özal vəfat edib

Turqut Özalın qardaşı Korkut Özal vəfat edib

Türkiyənin 8-ci prezidenti Turqut Özalın qardaşı Korkut Özal noyabrın 2-də vəfat edib.

Türkiyə KİV xəbər verir ki, o, İstanbulda yaşadığı evdə dünyasını dəyişib.

K.Özal noyabrın 4-də İstanbulda torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Özal 1929-cu il mayın 29-da Türkiyənin Malatya bölgəsində anadan olub. O, 1974-1977-ci illərdə müxtəlif nazirliklərə başçılıq edib.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az