Ukrayn deputat: “Qarabağ Moskvaya lazımdır”

Ukrayn deputat: “Qarabağ Moskvaya lazımdır”
Rusiya ilə savaş olarsa, Ukraynanın çox az şansı olacaq. 
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ukraynalı deputat Dmitri Yaroş söyləyib. Onun sözlərinə görə, Rusiyaya qarşı yalnız kompleks tədbirlərlə müqavimət göstərmək olar:
 
"Biz bütün hərbi əməliyyatlara hazır olmalıyıq. Xüsusi xidmət orqanlarımızın səviyyəsini artırmalıyıq. Üstəlik, Rusiyanın qarşısını almaq üçün islam faktoru, Şimali Qafqazda müqavimət hərəkatı, Sibirdə Çin faktorundan istifadə etməliyik. Əgər biz Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dnestryanı konfliktlərinə nəzər yetirsək, Rusiyanın burada heç bir aktiv həll prosesi aparmadığını görərik. Bu ərazilər sadəcə onların məxsus olduğu ölkələr üçün daimi destabilizasiya zonası yaratmaq üçün Moskvaya lazımdır”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az