Ukrayna da hərəkətə keçdi – Qardaş ölkəyə böyük dəstək
Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədəki meşə yanğınları səbəbilə türk xalqının yanında olduqlarını söyləyib.
Miq.Az xəbər verir ki, Ukrayna lideri bu haqda Tvitter hesabında yazıb.
Zelenski Ukraynanın Türkiyəyə yanğınsöndürmə təyyarəsi göndərəcəyini açıqlayıb:
"Böyük yanğınlar üçün dostum Prezident Rəcəb Tayyib Ərdoğana səmimi başsağlığı çatdırdım. Yanğınsöndürmə təyyarəmiz sabah Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin günlərində dost Türkiyə xalqının yanında olacaq”.
Miq.Az