"Ukrayna ərazisini işğal etmək fikrimiz yoxdur" - Putin


Ukraynanın separatçı Donbass bölgəsinə qarşı hərbi əməliyyat əmri verən Rusiya prezidenti Vladimir Putin bu gün səhər televiziya ilə verdiyi açıqlamada Rusiyanın Ukraynadan qaynaqlanan təhdidlər qarşısında özünü müdafiə edəcəyini bildirib.

"Unikal" xəbər verir ki,  Ukrayna ərazisini işğal etmək niyyətlərinin olmadığını bildirən Putin, "Əməliyyatın məqsədi mülki şəxslərin həyatını qorumaqdır” deyə  ifadə  edib. 

Rusiyanın kənardan ola biləcək müdaxiləyə dərhal cavab verəcəyini deyən Rusiya lideri Ukrayna əsgərlərini silahı yerə qoymağa çağırıb və "Sizin əcdadlarınız nasistlərlə vuruşub. Kiyevdəki nasist xuntasına tabe olmayın. Silahlarınızı yerə qoyun və evə gedin” ,  xəbərdarlıq edib. 

ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik tələblərinə məhəl qoymadığını qeyd edən Putin, "Donbass xalqı kömək üçün Rusiyaya müraciət etdi. Əməliyyat 8 il ərzində Kiyev administrasiyasının təzyiqləri altında əziyyət çəkən insanları qorumaq məqsədi daşıyır", - bildirib. 

Gülayə Mecid 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az