Ukrayna hərbi qüvvələri hərəkətə keçdi – Krım istiqamətində...

Ukrayna hərbi qüvvələri hərəkətə keçdi – Krım istiqamətində...

Ukrayna Silahlı Qüvvələri ölkənin cənub sərhəd bölgələrinə əlavə müdafiə bölmələrinin toplandığını açıqlayıb.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Təlim düşərgəsinin məqsədi komandirlərin və qərargahların birliklərin idarəetmə və praktiki qabiliyyətini, həmçinin döyüş tapşırıqlarını yerinə yetirməkdə hərbçilərin fərdi bacarıqlarını artırmaqdır.

Bölmələr, xüsusilə, ilhaq edilmiş Krımla sərhədin qorunmasını, eləcə də təxribat və kəşfiyyat qüvvələri ilə mübarizə vəzifələrini yerinə yetirməyə hazırlaşır.

Son həftələrdə Donbasda təmas xəttində vəziyyət kəskinləşib. Ukrayna Rusiyanın bölgədəki hərbi qüvvələrinin sayını artırdığını açıqlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az