"Ukrayna Rusiyanın tərkibinə daxil edilməlidir" - Ramzan Kadırov


Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski anti-Rusiya siyasəti yürütməkdə davam edərsə, o zaman Ukraynanı Rusiyaya birləşdirmək lazım gələcək.
 
"Ukraynalılar bizim xalqımızdır, bura bizim ərazimizdir. Bu mənim fikrimdir", - Kadırov deyib. O, həmçinin bildirib ki, Ukrayna "məsələsini” özü çoxdan həll edərdi, lakin müvafiq göstəriş lazımdır.
 
"Ya Çeçenistan Respublikasını Ukraynaya birləşdirərdim, ya da orada məsələni həll edərdim. Amma elə dövlət müqavilələri var ki, belə qərarlar qəbul etməyə imkan vermir”, - Kadırov vurğulayıb.
 
Onun sözlərinə görə, Qərb ölkələri Ukraynada öz hərbi bazalarını açmaqda və bununla da Rusiyaya şərtlər diktə etməkdə maraqlıdırlar. Çeçenistan rəhbəri Rusiya Prezidentinin bu cür planların gerçəkləşməsinə imkan verməyəcəyinə əmin olduğunu bildirib.
 
"Biz sifarişi tamamilə problemsiz yerinə yetirməyə hazır olan "piyada"yıq. Çünki dövlətin və xalqımızın bütövlüyü və təhlükəsizliyi hər şeydən vacibdir".(Musavat.com)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az