Ukrayna: “Sərhəddən keçən istənilən Belarus əsgəri məhv ediləcək”

Ukrayna: “Sərhəddən keçən istənilən Belarus əsgəri məhv ediləcək”

Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Belarus hökumətinə xəbərdarlıq edib.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat yayılıb.
 
"Əgər bir Belarus əsgəri belə sərhədimizi keçsə, dərhal məhv ediləcək. Belarus xalqına bu lazım deyil, bu, təkcə Putinə lazımdır”,-deyə Aleksey Danilov bildirib.
 
Ukrayna rəsmisinin sözlərinə görə, RF prezidenti indi Aleksandr Lukaşenkoya Belarus ordusunun işğala qatılması üçün təzyiq göstərir. Lakin Belarus prezidenti gözəl başa düşür ki, bu hərəkət onun ölkəsini uçuruma aparacaq.
 
"Rusiya zatən Ukraynaya qarşı işğal əməliyyatlarında Belarusun ərazisindən istifadə edir, lakin indi o, belorusların özlərini bu savaşa cəlb etmək istəyir”,-deyə Aleksey Danilov qeyd edib.(musavat.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az