Ukraynadakı səfirimiz “hansısa Türkiyə bizə kömək etməyib” -deyib, Rusiyaya təşəkkür etdi İLGİNC AÇIQLAMA

Ukraynadakı səfirimiz “hansısa Türkiyə bizə kömək etməyib” -deyib, Rusiyaya təşəkkür etdi İLGİNC AÇIQLAMA

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ardından Ukraynadakı səfir Elmira Axundova da tutduğu posta uyğun olmayan mövqe sərgiləyib.

Savik Şusterin Ukraynada populyar olan "Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb.

Aparıcının "Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına səfir "ola bilər” deyərək, çox qısa formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun "ola bilər” sözlərini bir neçə dəfə təkrar edib.

Bununla yanaşı, səfir Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan ordusuna deyil, Rusiyaya(?!) minnətdarlığını bildirib.

Səfir "bizə hansısa Türkiyə kömək etməyib” kimi fikir də işlədib.  Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyi lüzum görməyib.
 
Verilişin videosunu və Elmira Axundovanın dediklərinə yazılan şərhləri də təqdim edirik.
 
 
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az