Ukraynadan rus ordusuna sarsıdıcı zərbə - Darmadağın edildi

Ukraynadan rus ordusuna sarsıdıcı zərbə - Darmadağın edildi

Ukrayna artilleriyaçıları Luqansk vilayətinin Starobilsk şəhəri yaxınlığında rus işğalçılarına ağır zərbə vurublar.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

"Ukraynalı artilleriyaçılar Starobilsk yaxınlığında işğalçılara ağır itkilər yaşadıblar. Starobilskdə Ukrayna artilleriyası Aydar çayını keçməyə hazırlaşan Rusiya texnikasının sütununu darmadağın edib”, - məlumatda deyilib.

Məlumata görə, düşmən Ukrayna sərhədini pozaraq ölkə ərazilərinə daxil olmaq, zərbə endirmək və Ukrayna qoşunlarının müdafiə xəttini pozmağa cəhd edib.

"Nəticədə işğalçılar itki verərək geri çəkilib”, - məlumatda qeyd edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az