UNEC kollektivi “Qan ver, həyat xilas et!” aksiyasına qoşulub

UNEC kollektivi “Qan ver, həyat xilas et!” aksiyasına qoşulub

Dekabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim, tələbə və əməkdaşlar arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə "Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyasi keçirilib. "1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü” çərçivəsində keçirilən aksiya UNEC, Mərkəzi Qan Bankı, "İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, "Ulduz” şokolad fabrikinin sponsorluğu ilə baş tutub.

UNEC-in əsas tədris binasının tibb məntəqəsində təşkil olunan aksiyada universitetin tələbə-müəllim heyəti, eləcə də digər əməkdaşlar donor qismində iştirak ediblər.
Qanvermə aksiyası dekabrın 2-də UNEC-in 2-ci tədris binasında davam edəcək.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az