Uorlik: "Qarabağla bağlı qəfil sıçrayış gözləmək lazım deyil"

Uorlik:

ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin illərlə uzanmayacağına ümid edir.

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində bildirib.

"Biz ümid edirik ki, sülh yolu ilə nizamlanma prosesi illərlə davam etməyəcək, amma, əlbəttə ki, bu məsələ ilə bağlı qəfil sıçrayış gözləmək lazım deyil. Danışıqlar zaman və çoxsaylı müzakirələr tələb edir. Lakin bizim irəliyə getmək üçün yolumuz var, konkret təkliflər var. Prezidentlər bu məsələdə iştirak edirlər. Mən məsələnin sabah, bir həftə və ya bir ay sonra nizamlanacağını əvvəlcədən söyləyə bilmərəm, amma prezidentlər irəliləmək üçün siyasi iradə nümayiş etdirsələr, nizamlanmanın bütün elementləri hazırdır", - deyə o bildirib.("Report")

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az