Nardaran qəsəbəsində son durum tam fərqlidir.
VİZUAL.az trend-ə istinadən xəbər verir ki, dünəndən başlayaraq qəsəbənin orta əsrlər abhavasının dəyişdirilməsi istiqamətində aparılan tədbirlər bu gün də davam etdirilir.
Radikal dini şüarlar, plakatlar və qara bayraqlar yığışdırılır. Qəsəbədəki inzibati binalarda Azərbaycanın üçrəngli bayrağı dalğalandırılır. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülüb. Qəsəbənin ev və küçələrində divarlarda qara boyalı yazılar silinir, divarlar ağ boya ilə təmizlənir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər saatlarından Nardaran qəsəbəsinə gələrək, İcra Hakimiyyəti qurumları tərəfindən qəsəbədə aparılan işlərə nəzarət edir.
Qəsəbə və qəsəbə ətrafında Çevik Polis Alayı tərəfindən nəzarət davam etdirilir. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhləb Bağırov da qəsəbədədir. Bu gün Daxili işlər naziri Ramil Usubovun da qəsəbəyə gəlişi gözlənilir.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE