Vaqonlarda reklam olmayacaq - Metropoliten

Vaqonlarda reklam olmayacaq - Metropoliten
"Metronun stansiyalarda, platformalarında, vestibüllərdə, eskalator yolunun divarlarında reklamlar yerləşdirilsə də vaqonların içində reklamlar olmayacaq”. Vətəninfo.az xəbər verir ki,  bunu AzVision.az-a "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. O, bildirib ki, Metropolitendə reklam roliklərinin yerləşdirilməsinə bir müddətdir ki, başlanılıb. Hətta bəzi şirkətlərin reklamları stansiyalarda da yerləşdirilib. Nəsimi Paşayev qeyd edib ki, reklam vermək istəyən şirkətlər müvafiq struktura müraciət edir: "Vasitəçi olmadan birbaşa reklam verən müəssisə isə Bakı Metropoliteni ilə müqavilə bağlayaraq öz reklamını yerləşdirə bilir”.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az