Vardan Oskanyan yeni partiya yaradır

Vardan Oskanyan yeni partiya yaradır
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yaxın zamanda yeni partiya yaratdığını elan edəcək.
Bu iddia ilə Ermənistanın "Qrapark” qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, əvvəlcə Vardan Oskanyanın "Çiçəklənən Ermənistan” fraksiyasında təmsil olunan müstəqil deputat Vaqe Ovannisyanla birgə yaradacağı barədə məlumatlar yayılıb. Sonradan bu niyyətin baş tutmadığı ortaya çıxıb.
Qəzet yazır ki, buna baxmayaraq keçmiş xarici işlər naziri yeni partiya yaratmaq niyyətindən vaz keçməyib və bunu tezliklə elan edəcək.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az