Vasif Talıbova daha bir zərbə

Vasif Talıbova daha bir zərbə

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus "Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

Yenisabah.az xəbər verir ki, şirkət bu gündən "Arkoz Holdinq” adını daşıyacaq.

Faktı APA-ya şirkətdən təsdiqləyiblər.

Eyni zamanda, "Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, "Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət "Gəmiqaya Holdinq"in prezidenti olub. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az