Vəkili Fərəc Quliyev KKTC-dən qayıdıb

Vəkili Fərəc Quliyev KKTC-dən qayıdıb

Milli Dirçəliş Hərəkatı Partiyasının sədr,millət vəkilii Fərəc Quliyevin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb. “Vətəninfo.az”-a MDHP-dan verilən məlumatda qeyd olunur ki,səfər zamanı millət vəkili ŞKTC-nin ADA televiziyasında canlı yayımda çıxış edib. Eyni zamanda  Fərəc Quliyev Prezident sarayında Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlu ilə görüşüb. Müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə MDHP sədri ölkə başçısını ŞKTC-nin İstiqlal bayramı münasbəti ilə təbrik edib. Türk dünyasının dərin inteqrasiyası məsələlərinə toxunan F.Quliyev Dərviş Eroğluna 1998-ci ildə məhbəsdə yazdığı «YeniDünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını təqdim edib.

Şimali Kiprin prezidenti Azərbaycan millət vəkilinin təkliflərini dəstəklədiyini bildirib. Prezidentlə görüşdən sonra Fərəc Quliyev ŞKTC-nin baş naziri İrsen Küçük və xarici işlər naziri Hüseyn Ozgürglə də görüşüb. Görüşlərdə millət vəkili F.Quliyev bildirib ki,biz Azərbaycan dövləti olaraq müxtəlif səbəblərdən ŞKTC və Kosovonu rəsmən tanıya bilməsək də, Türk dövlətlərinin ortaq idman yarışmaları – məsələn «Türk futbol kupası» və s. kimi tədbirləri bir yerdə keçirib bu cür işləri davam etməklə bu dövlətlərin informasiya izolyasıyasından çıxmasına yardım edə bilərik. Təklif  ŞKTC-nin XİN başçısı Hüseyn Özgürg tərəfindən maraqla qarşılanıb.


Fərəc Quliyev günün ikinci yarısında ŞKTC  Mücahidlər Dərnəyini ziyarət edib. Axşam isə F. Quliyev baş nazir İrsen Kücük tərəfindən verilən ziyafətə qatılıb.

Millət Vəkili Fərəc Quliyev 15 noyabrda  bayram münasibətilə dövlət  tərəfindən təşkil olunan törənlərə qatılıb. Səhər Prezident sarayında Cumhur Başkanını təbrik etdikdən sonara yüksək rütbəli  Türkiyə və ŞKTC  hərbiçiləri ilə görüşən Millət Vəkili  hərbi keçidi izləyib. 

Hərbi paraddan sonra F.Quliyev  ŞKTC  Məclis Başkanı Hasan Bozerle görüşüb. Günün ikinci yarısında Kosovodan,Makedoniyadan,Türkiyədən,Almaniyadan,Belcikadan olan Millət vəkilləri ilə görüşən  F.Quliyev Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlu tərəfindən verilən ziyafətə qatılıb.

“Vətəninfo.az”




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az