Vergilər Nazirliyinin departamenti "AMAY" ticarət mərkəzini məhkəməyə verib

Vergilər Nazirliyinin departamenti
Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "AMAY" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəmə verib.

Vətəninfo.az-ın "Report"a istinadla xəbərinə görə, Vergilər Departamenti vergi borcunun ödənilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev hazırda həbsdədir. O bu il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il müddətinə azadlıqdan məhrum edilib. A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az