Vilyam Hacıyev həbsdə namaza başladı

Vilyam Hacıyev həbsdə namaza başladı

İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.

Miq.Az "Yeni Sabah”a istinadən xəbər verir ki, hazırda Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır. 

O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.

Qeyd edək ki, V.Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az